Avropa İttifaqı Şurası xarici işlər nazirləri səviyyəsində Avropa Komissiyasının Ukraynaya kredit şəklində 1,2 milyard avroluq makromaliyyə yardımı ayırmaq təklifini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda vurğulanıb.
"Aİ Şurası Ukraynaya 1,2 milyard avroluq yardım proqramını təsdiqləyib. Aİ Ukraynada sabitliyin yaxşılaşdırılması üçün kreditlər şəklində 1,2 milyard avro təcili makromaliyyə yardımı verəcək", - sənəddə deyilir.