İranda ötən sutka ərzində 19 110 nəfər koronavirusa (COVID-19) yoluxub, 236 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 135 276 nəfərə, yoluxanların sayı isə 6 961 562 nəfərə çatıb. Virus daşıyıcılarından 4 085 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 517 436 nəfər koronavirusdan sağalıb, 46,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 140 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 22,4 milyon təşkil edir.