Rusiya ilə Ukrayna arasında həftələrdir davam edən gərginlik Rusiya prezidenti Putinin Ukraynaya “sülhməramlılar” göndərmək qərarından sonra qaynar nöqtəyə çatıb.
"Unikal" xəbər verir ki, aylardır bütün gücü ilə Ukraynanı mühasirəyə alan Rusiya nəhayət qoşunlarını Şərqi Ukraynaya doğru irəliləməyə başlayıb. Bölgədəki şahidlər Donetsk yaxınlığında nişansız tankların patrul etdiyini açıqlayıblar.
"Reuters" xəbər agentliyi Donetskin kənarında ən azı 5 tankın, şəhərin müxtəlif yerlərində isə daha iki tankın göründüyünü bildirib. Həmçinin də, agentlik rəsmi nömrələri və sənədləri olmayan bir çox tanklar Putinin göstərişi ilə Ukraynaya daxil olduğu yazıb.