Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırdığını açıqlayıb.
"Unikal" xəbər verir ki, Zelenski "Twitter" hesabından verdiyi açıqlamada Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Böyük Britaniyanın baş naziri Boris Consonla mövcud vəziyyəti müzakirə etdiyini bildirib.
Zelenski çıxışında Ərdoğan və Avropa İttifaqı Şurasının sədri Çarlz Mişellə görüşməyi planlaşdırdıqlarını bildirib.