Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 425 943 527 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 890 836 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 78 529 099 nəfərə çatıb, 935 990 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 851 929 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 512 344 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 28 258 458 nəfər virusa yoluxub, onlardan 644 918 nəfəri ölüb.