Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının tanınması haqqında fərman imzaladıqdan sonra çoxlu sayda rus tankları və zirehli texnikası Donbass ərazisinə daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə "Radio Svoboda"nın məlumatına görə, hərbi kolon cəbhə xəttinə gedib. Donetsk sakinləri 2014-cü ildən bəri bu qədər texnika görmədiklərini bildiriblər.
Kolon Donetsk-Makeevka magistral yolu ilə Yasinovat istiqamətində gedib. Konvoyda tanklardan başqa çoxlu sayda zirehli texnika da var. Bildirilib ki, kolonun keçidi bir saatdan çox davam edib.
Ağarza Elçinoğlu