Argentinada 6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6 bal gücündə zəlzələnin episentrinin Cujuy əyalətinin Abra Pampa şəhərindən 58 kilometr qərbdə olduğunu açıqlayıb.
Təbiət hadisəsinin 242 kilometr dərinlikdə qeydə alındığını bildirilib.
Zəlzələdə can və ya mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.