Türkiyəli məşhur psixoloq və yazıçı Haydar Dümen ötən həftə koronavirusdan dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 92 yaşında vəfat edən psixoloqun sərvəti Türkiyədə gündəm mövzusuna çevrilib. Belə ki, Dümen ölməzdən əvvəl binalarını, mənzillərini və dükanlarını, Beyoğlu Sıraselvilerdəki obyektini - toplamda 100 milyonluq sərvətini əmlakçısının uşaqlarına vəsiyyət edib.
Bu barədə onun həyat yoldaşı Gül Dümən mətbuata açıqlama verərək, Haydar Dümənin vəsiyyətinin əmlakçısının uşaqlarına qaldığını təsdiqləyib.