Rusiya ilə Ukrayna arasında artan gərginliyin ardından təbii qaz qiymətləri günə Avropada yüzdə 21 artımla başlayıb.
"Unikal" xəbər verir ki, Hollandiya mərkəzli virtual təbii qaz ticarət məntəqəsi TTF-də satılan mart fyuçers müqavilələrinin qiyməti dünən meqavat saat üçün 72 avro səviyyəsinə çatıb.
Sözügedən müqavilələrin qiyməti dünənki bağlanışla müqayisədə yüzdə 21 artaraq günə 87 avrodan başlayıb.
Rusiya prezidenti Vladimir Putinin dünən Ukraynanın şərqindəki qondarma rusiyayönlü separatçı administrasiyaların tanınması ilə bağlı fərmanı imzalaması - ABŞ və AB-nin hadisələri pisləyərək sanksiyalarla bağlı addımlar atacağını açıqlaması qaz artımında təsirli olub.
Aİ ölkələri hazırda təbii qaz ehtiyaclarının 90 faizini idxal edir. Rusiya Avropaya ən çox təbii qaz verən ölkədir.