Hollandiyanın baş naziri Mark Rutte Rusiya prezidenti Vladimir Putini “paranoyak” adlandırıb.
"Unikal" xəbər verir ki, Mark Rutte dünən axşam qatıldığı televiziya proqramında Putinin Rusiya Silahlı Qüvvələrinə verdiyi qondarma Donetsk Xalq Respublikası və qondarma Luqansk Xalq Respublikasının sülhünü qorumaq əmrinə reaksiya verib.
"Bu adam paranoyakdır. O, Kiyev hökumətini diktatura kimi göstərir, baxmayaraq ki, bu, demokratik yolla seçilmiş hökumətə və mətbuat azadlığına malik ağlabatan fəaliyyət göstərən bir ölkədir. Halbuki Rusiyada mətbuat və insanların azadlığı yoxdur", - deyə o, ifadə edib.
Putinin göstərişinin müharibəyə ilk addım olub-olmaması ilə bağlı şərh verməkdən çəkinən Rutte bunun üçün hələ tez olduğunu bildirib.