Moskvanın iki separatçı bölgəni tanımasına cavab olaraq Almaniya Rusiya ilə "Şimal axını 2" boru kəməri layihəsini dayandırdığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz deyib.
"Bu, texniki səslənir, lakin zəruri inzibati addımdır, ona görə də boru kəmərinin heç bir sertifikatı ola bilməz və bu sertifikat olmadan "Şimal axını 2" fəaliyyətə başlaya bilməz", - Şolz əlavə edib.
Ağarza Elçinoğlu