"Daha Minsk razılaşmaları yoxdur. Biz "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikasını" tanıdıq".
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, Avropa Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə məcbur edə bilməz: "Ona görə də Rusiya "DXR" və "LXR"ın tanınması haqqında qərar qəbul etməyə məcbur olub".