Rusiya prezidenti Vladimir Putin bu gün səhər Ukraynanın şərqində Donbassda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, Dünya liderləri isə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir-birinin ardınca reaksiya veriblər.
Bəzi dövlətlərin nümayəndələri öz növbəsində Rusiyanı pisləyən bəyanatlar verərkən, ən çox diqqət çəkən sözlər BMT-nin baş katibindən gəlib.
Belə ki, BMT-nin baş katibi Antonio Quterreş təcili olaraq Təhlükəsizlik Şurasının iclasına qatıldığını bildirib. Antonio Quterreş canlı yayımda "Bizim görüşümüz zamanı Putin əməliyyat əmrini verdi. O, Ukrayna ordusunu qoşunlarını geri çəkməyə çağırdı. Sülhə şans verin. Mən çağırışımı dəyişirəm. Prezident Putin, insanlıq naminə əsgərlərinizi geri çəkin. Xahiş edirəm. İnsanlıq naminə...Avropada əsrin ən böyük müharibəsini başlatma. Bu, hər ikisi üçün faciəvi olar", - deyə o, ifadə edib.
Gülayə Mecid