Odessa vilayətinin Podolsk rayonunda yerləşən hərbi hissəyə endirilmiş zərbə nəticəsində 18 nəfər ölüb.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayəti Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 8-i kişi, 10-u isə qadındır. Dağıntılar altından çıxarılmış 6 nəfər xəstəxanaya yerləşdirilib.