Həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnı cümə axşamı prezident Vladimir Putinin hücuma başlamasından sonra həbsxanadan Moskvanın Ukraynaya təcavüzünün əleyhinə olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
"Mən bu müharibənin əleyhinəyəm. İnanıram ki, Rusiya və Ukrayna arasında bu müharibə Rusiya vətəndaşlarından oğurluğu ört-basdır etmək və onların diqqətini ölkə daxilində mövcud olan problemlərdən yayındırmaq üçün başladılı", - Navalnı əlavə edib.
Ağarza Elçinoğlu