Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, danışıq zamanı Ərdoğan daha çox insan tələfatının qarşısını almaq və Ukraynaya daha çox ziyan vurmamaq üçün ən qısa zamanda atəşkəs elan etmək üçün səy göstərdiklərini bəyan edib.
Zelenski isə sosial media hesabından Ərdoğana təşəkkür edərək, "Ukrayna xalqı bunu heç vaxt unutmayacaq" , - deyə ifadə edib.
I thank my friend Mr. President of 🇹🇷 @RTErdogan and the people of 🇹🇷 for their strong support. The ban on the passage of 🇷🇺 warships to the Black Sea and significant military and humanitarian support for 🇺🇦 are extremely important today. The people of 🇺🇦 will never forget that!
— Володимир Зеленський (@ZelenskyyUa) February 26, 2022