Şəmkir rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
"Unikal" xəbər verir ki, İrmaşlı kəndin sakini, 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyeva kəndin kənarında, boş sahədə bıçaqla boğazı kəsilərək qətlə yetirilib.
Hadisəni törətməkdə isə onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Piri Əli oğlu Piriyev şübhəli bilinir. O, könüllü olaraq polisə təslim olub.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, əvvəllər ailəli olmuş A.Piriyeva bir müddət öncə rayon mərkəzindəki kompüter kursuna gedib. Qadının orada kollektivlə çəkilən fotolarını görən P.Piriyev əmisi qızını qısqanıb və buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman əmisi qızını avtomobilə əyləşdirib kəndin kənarınakı boş sahəyə aparıb və orada qadının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, A.Piriyeva boşandıqdan sonra anası və qardaşı ilə birgə qalırmış, onun az yaşlı bir oğlu var. Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev subay olub. Onların hər ikisinin ataları dünyasını dəyişib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
xxx
21:52
Şəmkir rayonunda qətl hadisəsi törədilib.
"Unikal" xəbər verir ki, hadisə İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü A.Piriyeva mübahisə zəminində bıçaqla qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, A.Piriyevanın qohumudur.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.