Ötən gün Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, hadisələr zamanı yaralanan şəxslər Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğludur.

N.Əsgərzadəyə ambulator yardım edilib.

Digər iki sürücü isə hazırda Xarkov şəhər mərkəzi xəstəxanasında müalicə alır.