Bakı -Quba avtomobil yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.

"Unikal" xəbər verir ki,  "Mercedes" markalı mikroavtobus "Shacman" markalı yük avtomobili ilə toqquşub. Ağır qəza nəticəsində mikroavtobusun sürücüsü 1955-ci il təvəllüdlü Adışov Əliş Qarakişi oğlu hadisə yerində ölüb.  Mikroavtobusda olan 4 nəfər sərnişin isə müxtrəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriblər. 
Faktla bağlı araşdırma aparılır.