Böyük Britaniya hökuməti bu ölkədə qohumu olan ukraynalılara viza verilməsi prosedurunu sadələşdirib.
"Unikal"-ın “Le Matin” saytına istinadla xəbərinə görə, bu kateqoriyadan olan insanlara viza və 1 illik yaşayış icazəsi veriləcək. Onlara işləməyə icazə də veriləcək, lakin dil biliyi tələb olunmayacaq. Daxili İşlər Nazirliyi viza üçün müraciət edənlərin xüsusi yoxlamadan keçəcəyini bildirib.