Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsləri eşidilib.

"Unikal" xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən partlayışın dəmiryolu stansiyası yaxınlığında baş verdiyi bildirilib.

Qeyd olunub ki, Rusiya qoşunları tərəfindən şəhərin Cənub Stansiyası adlanan hissəsinə raket atılıb.

Hazırda paytaxtda həyəcan siqnalı səsləri eşidilir.