"Türkiyə daha 404 vətəndaşını Ukraynadan təxliyə edib. Bununla da təxliyə edilən Türkiyə vətəndaşlarının sayı 8 454 nəfərə çatıb".
"Unikal" xəbər verir ki, bu barədə "Twitter" səhifəsində Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu yazıb.
Nazir qeyd edib ki, bundan qabaq Ukraynadan təxliyə edilən Türkiyə vətəndaşları Buxarest və Varşavadan "Türk Hava Yolları"nın reysi ilə ölkəyə çatıblar.