Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Sofiyadakı səfirliyində çalışan iki diplomatı “Bolqarıstana qarşı casusluq etdikləri” əsas gətirərək "persona non qrata" elan edib.
"Unikal" xəbər verir ki, nazirliyinin sözçüsü Mitko Dimitrov jurnalistlərə verdiyi məlumata görə, adları açıqlanmayan rus diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verilib.
Dimitrov bildirib ki, Bolqarıstanın təhlükəsizlik orqanları Bolqarıstanda diplomatik toxunulmazlığı olan iki şəxsin casusluq fəaliyyəti ilə bağlı sübutları ehtiva edən məlumatları xarici işlər naziri Teodora Qançovskaya çatdırıb.
Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanın diplomatların deportasiyası qərarını bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırıldığı açıqlanıb, lakin Mitrofanova bəhanə edib və müvafiq notanı almaq üçün başqa diplomatı göndərib.
Gülayə Mecid