Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Uludaş kəndində qeydə alınıb.
Belə ki, kəndin sakini, 1989-cu il təvəllüdlü Müşfiq Mirağa oğlu Mürsəliyev kənd ərazisində yerləşən göldən su götürmək istəyərkən yıxılıb. M.Mürsəliyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, 33 yaşlı M.Mürsəliyev Uludaş kəndi ərazisində yerləşən təsərrüfatların birində fəhlə kimi çalışırdı.
Faktla bağlı araşdırma aparılır.(report.az)