Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri - Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.
Bu barədə "Unikal"-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.
Məlumatda görə, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı - Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.