Bu gün saat 19 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Bildirilib ki, Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb.