Bakıda küçədə baş verən yanğın söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***09:13

Bakıda küçədə yanğın başlayıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Bakı şəhəri, Nəsimi rayonu Həsən Əliyev küçəsində 1 ədəd ağac yanır. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək".