Samuxda bədbəxt hadisə nəticəsində xəsarət alan FHN əməkdaşı xəsətəxanada ölüb.
"Unikal"ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 31 yaşlı Tural Məmmədov bu gün axşam saatlarında həkimlərin səyinə baxmayaraq, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə fevral ayının 25 də qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı rayon ərazisində baş verən yanğını söndürən zaman yıxılaraq ağır kəllə-beyin tranması alıb.
Hazırda Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov