Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 132 nəfər ölüb.
"Unikal"ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 371 min 684 nəfərin test edildiyi, 34 min 343 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 68 min 815 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.