Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı bölgəsini atəşə tutub.
"Unikal" xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski öz "Telegram" kanalında məlumat verib.
"Martın 11-nə keçən gecə rus orkları Malovorojbyansk kənd sovetinin Kerdilivşçina kəndinin evlərini atəşə tutub. İki yerli mülki şəxs həlak olub".