Meksikada narkotik kartelləri arasında baş verən qarşıdurmada 5 dəstə üzvü həyatını itirib.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki, Miçoakan ştatının polisi, ştatın Nuevo Paraqarikutiroda bölgəsində hökmranlıq uğrunda mübarizə aparan iki kartel arasında qarşıdurma olduğunu açıqlayıb. 

Polis hadisə yerindən 5 meyit tapdıqlarını və münaqişə ilə əlaqədar 32 şübhəlinin nəzarətə alındığını bildirib. Sosial mediada yayılan görüntülərdə Nuevo Paraqarikutiroda baş verən qarşıdurmada avtomatik silahlardan istifadə edilib.