Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.
"Unikal" xəbər verir ki, Y.Stoltenberqin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.
Qeyd edək ki, NATO-nun Baş katibi Antalya Diplomatiya Forumunda da iştirak edəcək.