Lənkəranda minik avtomobili ağaca çırpılıb.

"Unikal" xəbər verir ki, ölümlə nəticələnən qəza axşam saatlarında Separadi kəndində baş verib. 99-BJ-103 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil yoldan çıxaraq irigövdəli şam ağacına çırpılıb. Nəticədə avtomobildəki Göyçay rayon sakinləri, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və 2004-cü il təvəllüdlü Cavid Salahlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər tələbə yoldaşlarının toyunda iştirak etmək üçün rayonun Zövlə kəndinə gəlmişdilər.

Faktla bağlı araşdırma aparılır.