Kiyevdə vurulan Rusiya raketinin qalıqları hündürmərtəbəli binada dağıntılara və yanğına səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
"Martın 17-də saat 05:02-də “101” Xilasetmə Xidmətinə paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğın və dağıntılar barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yaxınlıqdakı yanğınsöndürənlər və xilasedicilər gəlib. Texniki mərtəbələrdəki evin konstruksiyaları tamamilə yanıb”, - deyə məlumatda bildirilir.
Xilasedicilər yanğını söndürməyə müvəffəq olublar. 11-ci və yuxarı mərtəbələrdəki mənzillərin sakinləri təxliyyə edilib, tikililərin sökülməsi və insanların axtarışı üçün xilasetmə işləri aparılır.
"İlkin məlumata görə, 30 nəfər yerindəcə təxliyə edilib, onlardan 3-ü xəsarət alıb. Bir nəfər ölüb. Məlumat dəqiqləşdirilir", - xilasedicilər bildirib.
Gülayə Mecid