Qərb ölkələrinin Rusiya enerjisinə həddən artıq etibar etməsi Moskvaya istədiyi hər şeyi əldə etmək imkanı verir.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin eks-prezidenti Ronald Reyqanın dövründə ABŞ Maliyyə Nazirinin iqtisadi siyasət üzrə köməkçisi olmuş Pol Roberts bildirib.
"Rusiya neft, təbii qaz və mineralların tədarükünü tamamilə kəsərsə, Qərb tezliklə mərhəmət diləyəcək və onun xahiş etdiyi hər şeylə razılaşacaq", - iqtisadçı izah edib.
O, həmçinin iddia edir ki, xarici sərmayə yalnız Rusiyanın yoxsullaşmasına gətirib çıxarır, çünki onlardan əldə olunan gəlir xaricə qaytarılır və ölkədən çıxarılır.
Beləliklə, Moskva sanksiyalardan və Rusiya banklarının əmanətlərinin müsadirəsindən istifadə edərək bütün xarici sərmayələri milliləşdirmək və resurslara sahibliyi bərpa etmək üçün böyük şansa malikdir.
Ağarza Elçinoğlu