Rusiya Qvardiyasının rəis müavini, general Roman Qavrilov FTX-nin hərbi əks-kəşfiyyat idarəsi tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozev öz “Twitter” hesabında yazıb.
Qavrilovun Kremlin hərbi əməliyyatı ilə bağlı məlumatları sızdırmaqda ittiham olunaraq saxlandığını bildirib.
Həmçinin də, ölkədən qaçan rusiyalı dissident Vladimir Oseçkin sosial şəbəkədə 46 yaşlı Qavrilovun çox sayda rus əsgərinin həyatını itirməsindən sonra saxlanıldığını açıqlayıb. Bütün səlahiyyətlərindən məhrum edilən Qavrilovun sonradan azadlığa buraxıldığı da iddia edilib.
Qeyd edək ki, Qavrilov Boris Yeltsinin, Vladimir Putinin və Dmitri Medvedevin şəxsi mühafizəçilərinin tərkibində olub. Məlumata görə, o Rusiya Milli Qvardiyasının (Rosqvardiya) hazırkı direktoru və Rusiya Təhlükəsizlik Şurasının üzvü Viktor Zolotovun yaxın dostudur.
Gülayə Mecid