Rusiya işğalçıları helikopter və minaatanlardan istifadə etməklə sistemli şəkildə Ukrayna mövqelərini atəşə tutur.
"Unikal" xəbər verir ki, bu barədə Zaporijjya vilayəti dövlət administrasiyasının rəhbərinin mətbuat katibi İvan Arefyev məlumat verib.
"İşğalçılar 120 və 82 kalibrli minaatanlardan, bir cüt Ka-52 helikopterindən və 152-ci və 122-ci kalibrli sistemli artilleriya atəşlərindən istifadə etməklə mövqelərimizi sistematik atəşə tuturlar", - Arefiyev bildirib.
O, bu gün səhər saatlarında Zaporojye vilayət mərkəzinin ətraf qəsəbələrində baş verən hadisələrə də münasibət bildirib.
"Martın 18-də səhər saat 8:00 radələrində rus işğalçıları “Tornado” reaktiv yaylım atəşindən hərbi poliqonu və fabriklərdən birini və ona bitişik karxananı atəşə tutublar. Nəticədə zavodun ərazisində yanğın baş verib. Dağıntı və itkilərin miqyası müəyyənləşdirilir. Hazırda yanğın lokallaşdırılıb və SES tərəfindən söndürülür”, - deyə Areviyev qey edib.