Bolqarıstan polisi keçmiş baş nazir Boyko Borisov və keçmiş maliyyə naziri Vladislav Qoranovu 24 saatlıq həbsdən sonra heç bir ittiham irəli sürmədən azad edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan KİV-lərinin hüquq-mühafizə orqanlarındakı mənbələrə əsasən yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, prokurorluq hədə-qorxu ilə lazımi sübutları əldə etməyib və cinayətin baş verib-vermədiyini qiymətləndirə bilməyib.
Xatırladaq ki, martın 17-də Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov saxlanılıb. Onunla birgə keçmiş maliyyə naziri Vladislav Qoranov və bir sıra digər siyasətçilər də Avropa fondlarından sui-istifadə etdiklərinə görə istintaqa cəlb edilib. Xüsusi xidmət orqanlarının nümayəndələri onların evlərində axtarış aparıb.