Ermənistanda daxili işlər naziri Vahe Qazaryan işdən çıxarılması üçün ərizə təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlayıb.
Bundan əvvəl Nikol Paşinyan bir sıra yüksək vəzifəli məmurları istefaya göndərdiyini yazıb.
İndiyə qədər Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Qazaryan və İstintaq Komitəsinin sədri Argişti Kyaramyan vəzifələrindən azad edilmələri üçün ərizə yazıblar.
Ağarza Elçinoğlu