Co Bayden Amazon tropik meşəsini ziyarət edən ilk ABŞ prezidenti olub.
"Unikal" xəbər verir ki, Amerika lideri meşədə mətbuat konfransı keçirib və burada iqlim dəyişikliyinin təhlükələri barədə söhbət açıb.
"Bu gün mən burada olmaqdan qürur duyuram - Amazon tropik meşələrini ziyarət edən ilk ABŞ prezidenti - bu kimi tropik meşələri qorumağı öhdəmizə götürməliyik", - deyə Bayden ifadə edib.
Çıxışlarında Bayden meşələrin qırılması səylərindən də danışıb və iqlim dəyişikliyinin bütün xalqların üzləşdiyi "ekzistensial təhlükə" olduğunu söyləyib.
Bayden həmçinin bildirib ki, ABŞ İnkişaf Maliyyə Korporasiyası Amazonun meşələrini bərpa etmək üçün Braziliya şirkəti ilə ortaq şəkildə yüz milyonlarla dollar səfərbər edəcək.
Gülayə Mecid