Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadaları və polis əməkdaşları cəlb olunub.