İranda ötən sutka ərzində 73 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 139735 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1120 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7143409 nəfərə çatıb.