"Yaxın günlərdə Rusiya əleyhinə yeni sanksiyalar paketi irəli sürüləcək".
"Unikal"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
Sallivan qeyd edib ki, ABŞ Prezidenti Co Bayden Avropaya səfəri zamanı Rusiyaya qarşı yeni və mövcud məhdudiyyətlərin sərtləşdirilməsini artıq müzakirə edib.
Onun sözlərinə görə, liderlər Aİ-nin Rusiya qazından asılılığını azaltmağı planlaşdırır. Həmçinin, Ukraynaya hərbi yardımı və oradan gələn qaçqınlara əlavə ödənişləri artırmaq nəzərdə tutulur.