Kiyevdə patrul əməkdaşları "Rus dünyası"nın 3 tərəfdarını saxlayıblar.
"Unikal" xəbər verir ki, Bu barədə Kiyev Patrul Polisi öz "Facebook" səhifəsində məlumat yayıb.
"Kiyevdə patrul əməkdaşları "Rus dünyası"nın tərəfdarlarını saxlamağa davam edir. Gecə saatlarında Obolonski prospektində patrul xidməti aparan ekipaj 14-cü mərtəbədəki evin pəncərəsindən yaşıl lampanın yanıb-sönməsi xəbərini alıb. Polis yoxlama aparan zaman mənzillərdən birində Rusiya vətəndaşı tapılıb. Rusiya Federasiyasının Arxangelsk vilayətindən olan daha bir "çağırılmamış qonaq" Svobody prospektində saxlanılıb", -hesabatda deyilir.
Kiyevin bəzi sakinlərinin ruslara həvəslə kömək etdiyi də qeyd edilir. Belə ki, patrul əməkdaşları ətrafı foto çəkən vətəndaşı saxlayıblar. Onun telefonunu yoxlayan zaman patrul əməkdaşları yol kəsicilərinin çoxlu fotolarını aşkar ediblər.
"Saxlanılan şəxsin dediyinə görə, onları Avropadakı anasına və qardaşına göndərib. Belə olub-olmadığını müvafiq xidmətlər yoxlayacaq", - polis əlavə edib.
Saxlanılanların hamısı rayon şöbələrinə aparılaraq yoxlama aparılması üçün Dövlət Təhlükəsizlik Xidməti (SBU) əməkdaşlarına təhvil verilib.
Ağarza Elçinoğlu