Füzulidə mülki şəxs minaya düşüb.

"Unikal" xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.

Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.