Şəkidə evdə yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şəki şəhərinin Cəfərabad kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.