Hadisə Ağdam rayonunun Sarıcalı kəndində baş verib.
"Unikal"ın xəbərinə görə, 2003-cü il təvəllüdlü kənd sakini Qəhrəmanov Teymur Şərif oğlu yaşadığı evdə sobaya yıxılaraq yanıb. O, ağır yanıq xəsarətləri aldığı üçün Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.