Sabirabad rayonunda baş verən avtomobil qəzada 16 yaşlı yeniyetmə ölüb.

"Unikal" xəbər verir ki, hadisə Sabirabad şəhərinin Muğan prospektində qeydə alınıb. "Mercedes-Benz" markalı avtomobillə "Azsamand" markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 2006-cı il təvəllüdlü Mehtiyev Əvəz Yaşar oğlu ölüb. Sürücülərdən biri ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.