Sabunçu rayonunda yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, Ramana qəsəbəsində yoldan çıxan "Tofaş" markalı avtomobil su kanalına düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub.
Faktla bağlı araşdırma aparılır. / APA