Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Yeni Şərif kəndində ümumi sahəsi 132 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.